...

“Azərkosmos” mühüm anlaşma memorandumuna imza atıb

Cəmiyyət Materials 23 Noyabr 2015 10:31 (UTC +04:00)
“Azərkosmos” ASC, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
“Azərkosmos” mühüm anlaşma memorandumuna imza atıb

Bakı. Trend:

"Azərkosmos" ASC,Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu - TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) arasında kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlığa dair üçtərəfli anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, adıçəkilən memorandum cari ilin may ayında Azərkosmosdahər üç qurum arasında keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən imzalanıb.

Memorandum çərçivəsində Azərkosmos, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında bundan sonra kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması, telekommunikasiya peyk sistemlərininelmi məqsədlər üçün birgə istifadəsi, Yer səthinin məsafədən müşahidəsistemlərindən istifadə etməkləkənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması, peyklərin idarəolunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkil olunması, peyk texnologiyalarının inkişafı üçün mikro- və nano-peyklərin hazırlanması, birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması, kosmik və astronomik tədqiqatlar sahəsində yüksəkixtisaslı azərbaycanlı və türk mütəxəssislərinhazırlanması və s. bu qəbildən olan sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti