...

Sabunçuda və 4 rayonda qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 25 Noyabr 2015 09:10 (UTC +04:00)
Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabunçuda və 4 rayonda qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. Trend:

Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni yaşayış sahəsinin qazlaşdırılması, qəsəbə və kəndlərə təbii qazın verilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 25-dən saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun 2 saylı Sovxoz və Nardaran, Pirşağı, Kürdəxanı qəsəbələrinin, Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti