...

“Coca-Cola”nın Yeni il aksiyasının növbəti qalibi müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2015 10:32 (UTC +04:00)
Bu şəxs Bakı şəhər sakini Kazım Musayev olub ki, o, “Volkswagen Polo” avtomobili qazanıb.
“Coca-Cola”nın Yeni il aksiyasının növbəti qalibi müəyyənləşib (FOTO)

Bakı. Trend:

"Coca-Cola" şirkətinin Yeni il aksiyası çərçivəsində keçirilən uduş kampaniyasının ikinci qalibi müəyyənləşib. Trend-in məlumatına görə, bu şəxs Bakı şəhər sakini Kazım Musayev olub ki, o, "Volkswagen Polo" avtomobili qazanıb.

Uduş kampaniyası çərçivəsində keçirilən mükafatlandırma mərasimində çıxış edən Kazım Musayev "Coca-Cola" şirkətinə bayram ərəfəsində bu cür möhtəşəm fürsət yaratdığına görə minnətdarlığını bildirib. Bu kimi aksiyada ilk dəfə iştirak etdiyini qeyd edən xoşbəxt qalib belə bir dəyərli hədiyyəyə - yeni avtomobilə sahib olmasının ikiqat sevindirici olduğunu vurğulayıb: "Ailəmiz "Coca-Cola" məhsullarını çox sevir və hər zaman susuzluğumuzu yatırmaq üçün bu içkilərdən istifadə edirik. Oğlum qapağın altındakı kodu qablaşdırmanın üzərində qeyd olunmuş qısa nömrəyə göndərməyi və bununla uduş kampaniyasında iştirak etməyi təklif etdi. Və o, tamamilə haqlı idi! Nəticədə "Volkswagen Polo" qazandıq ki, məhz bu avtomobil vasitəsilə digər arzularımızı həyata keçirməyi planlaşdırırıq. Sevincimizin həddi-hüdudu yoxdur! Hər kəsi qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm və "Coca-Cola"nın bayram aksiyasında uğurla iştirak etməyi arzulayıram", - deyə Kazım bəy bildirib.

Öz növbəsində çıxış edən "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel qalibi təbrik edərək qeyd edib ki, "Coca-Cola"nın keçirdiyi hər növbəti Yeni il aksiyası daha irimiqyaslı olmaqla milyonlarla insana xoşbəxtlik bəxş edir və əsl bayram ab-havası yaradır: "Yeni il aksiyamız çərçivəsində avtomobil qazanan ikinci qalib müəyyənləşdi. Kazım bəyi bir daha təbrik edirəm və Azərbaycanda yaşayan hər kəsi bayram aksiyasının iştirakçısı olmağa, qarşıdakı həftələrdə oynanılacaq 8 avtomobildən birini udmaq şansını qaçırmamağa dəvət edirəm".

Sözügedən aksiya ənənəvi olaraq Yeni il bayramının ab-havasının daha da zənginləşdirilməsi və xoş əhval-ruhiyyənin paylaşılması məqsədi daşıyır. Kampaniya çərçivəsində cari ilin noyabr ayının 2-dən gələn ilin yanvar ayının 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs avtomobil udmaq şansını qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak haqqı qazanır. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili qazanmaq şansı yaranır. Bundan başqa, kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik "Coca-Cola" qazana bilərlər.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha

Məqalədə:
Xəbər lenti

Xəbər lenti