...

Kəmaləddin Heydərov Qazaxda qəbul keçirəcək

Cəmiyyət Materials 25 Noyabr 2015 16:55 (UTC +04:00)
Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Qazaxda qəbul keçirəcək

Bakı. Trend:

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri K.Heydərov tərəfindən 27 noyabr 2015-ci il tarixində Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti