...

Bakıda QHT-lərin Ümumrespublika Forumu keçirilib

Cəmiyyət Materials 26 Noyabr 2015 14:20 (UTC +04:00)
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkialtlarına Dövlət Dəstəyi Şurasının ölkə QHT-lərinin Ümumrespublika Forumu keçirilib.
Bakıda QHT-lərin Ümumrespublika Forumu keçirilib

Bakı. Elmir Murad - Trend:

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkə QHT-lərinin Ümumrespublika Forumu keçirilib.

Trend xəbər verir ki, toplantıda giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurum tərəfindən ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil edildiyini bildirib.

Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan A.Quliyev bildirib ki, cari ildə quruma ayrılan vəsait olduqca qənaətlə istifadə olunub: "QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda, Şura və Katibliyin saxlanan xərclərindən 360 min manat vəsaitə qənaət olunub. Bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb. 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov isə Şuranın 2016-cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları və s. haqqında ətraflı təqdimatla çıxış edib.

Toplantıda çıxış edən QHT rəhbərləri Şuranın növbəti il üçün maliyyə yardımı müsabiqəsi mövzuları ilə bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti