...

ISESCO Baş Konfransının XII sessiyasının iştirakçılarının şərəfinə ziyafət (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2015 23:44 (UTC +04:00)
Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının iştirakçılarına noyabrın 26-da Azərbaycan hökuməti adından ziyafət verilib
ISESCO Baş Konfransının XII sessiyasının iştirakçılarının şərəfinə ziyafət (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının iştirakçılarına noyabrın 26-da Azərbaycan hökuməti adından ziyafət verilib.

Gülüstan Sarayında təşkil olunan ziyafət Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından uvertüranın səslənməsi ilə başlayıb. Orkestrə əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edib.

Tədbirdə tanınmış və gənc ifaçılar tərəfindən Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan "Odlar yurdu" rəqsi isə gecəyə xüsusi rəng qatıb.

Təqdim olunan musiqi nömrələri qonaqların zövqünü oxşayıb.

ISESCO-nun Baş Konfransının XII sessiyası, həmçinin paytaxtımızla bağlı fikirlərini bölüşən Maldiv Respublikasının nümayəndə heyətinin rəhbəri Abdulla Nazir, Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəhbəri Məhəmməd bin Abduləmir əl-Ohali və başqaları tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə dövlətimizin başçısına minnətdarlıq ediblər. Bakının füsunkar gözəlliyindən ürəkdolusu danışan qonaqlar Azərbaycanı İslam dünyasının ən tolerant və inkişaf etmiş bir ölkəsi kimi dəyərləndiriblər. Vurğulanıb ki, ISESCO-nun Baş Konfransının XII sessiyası iştirakçı ölkələr arasında daha sıx əməkdaşlığa təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti