...

Tofiq Hacıyevin ölümünün təfərrüatları: telefonla kömək çağırmağa cəhd edib

Cəmiyyət Materials 27 Noyabr 2015 13:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.
Tofiq Hacıyevin ölümünün təfərrüatları: telefonla kömək çağırmağa cəhd edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.

Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum akademik həyat yoldaşı Tamara Hacıyeva ilə birlikdə bu gün səhər saatlarında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən T.Hacıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Hacıyev ölən zaman əlində mobil telefon olub. Deyilənə görə, o özü telefonla köməyə adam çağırmağa cəhd etsə də, mümkün olmayıb. Mənzilin qapısı bağlı olduğundan onları xilas etmək istəyən FHN işçiləri qapını sındırmaqla içəriyə daxil olublar.

T.Hacıyev institutun Elmi Şurasının iclasında iştirak etməyə getməyə hazırlaşırmış. Bu gün həm də T.Hacıyevin nəticəsi - yeganə oğlu, fizika üzrə fəlsəfə elmləri doktoru Azər Hacıyevin nəvəsinin 5 yaşı tamam olurdu. T.Hacıyev həyat yoldaşı ilə birlikdə bu gün həm də həmin məclisdə iştirak etməli imişlər. T.Hacıyevin bir oğlu isə bir neçə il əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədini və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti