...

Bu il dəm qazından zəhərlənənlər daha çox qadınlar olub

Cəmiyyət Materials 27 Noyabr 2015 15:07 (UTC +04:00)
Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 27 nəfər müraciət edib.
Bu il dəm qazından zəhərlənənlər daha çox qadınlar olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 27 nəfər müraciət edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, bu il sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında isə 16 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlər əsasən 25-40 yaşlı qadınlar olub. Zəhərlənənlərdən 3-ü uşaq olub.

Mərkəzin şöbə müdiri deyib ki, bu il dəm qazından zəhərlənərək xəstəxanaya gətirilənlər arasında ölüm halı baş verməyib.

A.Maqsudov deyib ki, ümumilikdə bu il dəm qazından zəhərlənənlərin sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar: "Amma hələlik havalar soyumadığı üçün belə hallar azdır. Adətən, havalar soyumağa başladıqdan sonra dəm qazından zəhərlənmə halları artır".

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanlara ehtiyatlı olmağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti