...

Azərbaycan və İran birgə dərsliklər hazırlayacaqlar

Cəmiyyət Materials 27 Noyabr 2015 17:23 (UTC +04:00)
İran və Azərbaycan birgə dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq edəcəklər.
Azərbaycan və İran birgə dərsliklər hazırlayacaqlar

Bakı. Təmkin Cəfərov - Trend:

İran və Azərbaycan birgə dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq edəcəklər. Bunu Trend-ə Azərbaycanda səfərdə olan İranın təhsil naziri Əli Əsğər Fani deyib.

O bildirib ki, İran tərəfinin birgə dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq təklifini Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəyənib: "Qərara alındı ki, iki ölkənin dərsliklərində yaxınlaşma yaratmaq məqsədilə müştərək dərsliklərin hazırlanması məsələsini həm İrandan, həm də Azərbaycandan olan işçi qrupu araşdırsın".

Ə.Ə.Fani həmçinin deyib ki, azərbaycanlı həmkarı ilə görüşündə iranlı tələbələrin Azərbaycan universitetlərində təhsili ilə bağlı danışıq aparıldı: "Təklif etdik ki, İran elm və təhsil sahəsində, xüsusilə biotexnologiya, nanotexnologiya və kök hüceyrələri sahəsində təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır".

Nazir bildirib ki, bir ay əvvəl də Parisdə M.Cabbarovla görüşüb və təhsil sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıb: "İranla Azərbaycan eyni mədəniyyətə malik ölkədir və biz təhsil sahəsində təcrübəmizi dost və qardaş Azərbaycanla bölüşməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti