...

"MediaMən" jurnalistika məktəbinə qəbul başladı

Cəmiyyət Materials 27 Noyabr 2015 16:58 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilati dəstəyi ilə “MediaMən” jurnalistika məktəbi layihəsinin növbəti sessiyasına start verib.
"MediaMən" jurnalistika məktəbinə qəbul başladı

Bakı. Trend:

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilati dəstəyi ilə "MediaMən" jurnalistika məktəbi layihəsinin növbəti sessiyasına start verib.

"MediaMən" layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar aşılayacaq.

İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Bundan başqa, multimedianı tam dəstəkləyən www.mediaman.az saytı iştirakçıların tam ixtiyarında olacaq. Sayt vasitəsilə gənclər öyrəndikləri yeni bilik və bacarıqları praktikada tətbiq etmək imkanı qazanacaqlar.

Layihədə əsasən foto, radio, qəzetçilik, televiziya və onlayn jurnalistikaya dair təlimlər təşkil olunacaq. "MediaMən" layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.

Layihə barədə daha ətraflı: www.mediaman.az; www.facebook.com/mediaman.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti