...

Ağsaqqallar Şurası: Nardaran hadisəsi ilə bağlı günahkarlar cəzalarına çatacaqlar

Cəmiyyət Materials 27 Noyabr 2015 21:26 (UTC +04:00)
Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar.
Ağsaqqallar Şurası: Nardaran hadisəsi ilə bağlı günahkarlar cəzalarına çatacaqlar

Bakı. Trend:

Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar. Bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".

Qeyd edək ki, Trend-in əməkdaşları hazırda hadisə yerindədir. Qəsəbədə vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti