...

Nazir: Türkiyə-Rusiya münasibətlərindən asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizminin layiqincə təmsil olunmasında maraqlıdır

Cəmiyyət Materials 30 Noyabr 2015 11:47 (UTC +04:00)
Türkiyə-Rusiya münasibətlərinin gedişatından asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizminin layiqincə təmsil olunmasında maraqlıdır və bunun üçün də addımlar atılmalıdır.
Nazir: Türkiyə-Rusiya münasibətlərindən asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizminin layiqincə təmsil olunmasında maraqlıdır

Bakı. İlhamə İsabalayeva-Trend:

Türkiyə-Rusiya münasibətlərinin gedişatından asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizminin layiqincə təmsil olunmasında maraqlıdır və bunun üçün də addımlar atılmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Türkiyənin dünya turizm məkanında özünəməxsus təcrübəyə malik olduğunu, Azərbaycanın çox vaxt bu ölkədən nümunə də götürdüyünü deyən nazir qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi iki ölkə arasında turistlərin səfərlərinin sayının azalmasına gətirib çıxaracaq: "Ümidvaram ki, siyasətçilər öz aralarında bu məsələni həll edəcəklər və bu proses normal axarına düşəcək. Amma biz də bu proseslərə mütləq bir reaksiya verməliyik. Artıq Azərbaycan Turizm Assosiasiyası "Azal"la birlikdə müəyyən işlər görüb, biz hotellərlə danışmışıq, yeni paketlər təqdim etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə nazirlikdə görüş olacaq, onlara da yeni tövsiyələr, istiqamətlər veriləcək".

Nazir qeyd edib ki, onlar Rusiyadan Azərbaycana gələn turistlərin sayının çoxalmasını arzu edirlər.

Onun sözlərinə görə, Rusiyadan Türkiyəyə gedən insanlar daha çox isti iqlimə, dəniz kənarında istirahətə üstünlük verirlər: "Biz bunu hazırki hava şəraitində təqdim edə bilmərik. Amma bunun müqabilində biz qış turizmini, səyahət, mədəni, ziyarət, qastronom, müalicə turizmini təqdim edirik. Bu çeşidlər imkan verir ki, hər bir istiqamət üzrə maraqlanan insanları Azərbaycana cəlb edək. Azərbaycana gələn insanların arasında Rusiyanın bazarı çox böyük faiz təşkil edir. Ona görə də bu, bizim üçün prioritet istiqamət olaraq qalır. Biz düşünürük ki, Azərbaycana gələn rus turistlərinin sayı ildən-ilə artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti