...

Yeni ipoteka şərtlərilə isti təkliflər - 205 manat

Cəmiyyət Materials 30 Noyabr 2015 13:55 (UTC +04:00)
Tam yeni ipoteka layihəsini təqdim edən “Kristal Abşeron” şirkəti yeni kampaniyaya başlayıb.
Yeni ipoteka şərtlərilə isti təkliflər - 205 manat

Bakı. Trend:

Tam yeni ipoteka layihəsini təqdim edən "Kristal Abşeron" şirkəti yeni kampaniyaya başlayıb.

"Marja" xəbər verir ki, kampaniya, ilkin 2713 manat ödənişlə və 20 illik, ayda 205 manat ödəməklə mənzil alınmasını nəzərdə tutur.

"Kristal Abşeron" şirkəti bildirib ki, 2713 manat ilkin ödəniş Xırdalanda inşa olunan lahiyədə 1 otaqlı 27.4 kv.m mənzilə aiddir.

Xırdalanda 2 otaqlı 47.6 kv.m mənzil üçün ilkin ödəniş 4712 manat, 20 illik aylıq ödəniş isə 355 manat təşkil edir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-15 ay müddətinə təhvil verilir.

"Kristal Abşeron" şirkəti Qara Qarayev metro stansiyası yaxınlığında da yaşayış kompleksi tikir:

"Qara Qarayevdə 1 otaqlı 34.7 kv.m mənzil üçün ilkin ödəniş 4789 manat, 20 Illik ödənişlə aylıq 361 manat təşkil edir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-18 ay müddətinə təhvil verilir"

Qeyd edək ki, "Kristal Abşeron" şirkəti yeni ipoteka layihəsi çərçivəsində 10% ilkin ödənişlə, 20 il müddətinə, illik sadəcə 8% olmaqla tam təmirli mənzil sahibi ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti