...

Mübariz Qurbanlı: Azərbaycanda dini ayinləri icra edən şəxs ilk dini təhsilini mütləq ölkədə almalıdır

Cəmiyyət Materials 30 Noyabr 2015 18:08 (UTC +04:00)
Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və ya digər dini ayini, mərasimi icra edən şəxs ilk dini təhsilini mütləq Azərbaycanda almalıdır.
Mübariz Qurbanlı: Azərbaycanda dini ayinləri icra edən şəxs ilk dini təhsilini mütləq ölkədə almalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və ya digər dini ayini, mərasimi icra edən şəxs ilk dini təhsilini mütləq Azərbaycanda almalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, qeyd edib ki, dini təhsil sahəsində ciddi addımlar atılmalıdır: "Hesab edirəm ki, Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və digər dini ayini, mərasimi icra edən şəxs ilk dini təhsilini mütləq Azərbaycanda Azərbaycanda almalıdır. Biz ilkin dini təhsil məsələsini ortaya qoymuşuq, çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil aldıqdan sonra burada təkrar təhsil alırlar və deyirlər ki, bəli, Azərbaycanda təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır".

M.Qurbanlının sözlərinə görə, din-dövlət münasibətlərinin elə bir modeli yaradılmalıdır ki, burada kimlərsə dini siyasiləşdirə, dindən sui-istifadə edə bilməsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti