...

Nardaran sakinləri yolu bağladılar (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2015 09:24 (UTC +04:00)
Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.
Nardaran sakinləri yolu bağladılar (FOTO)

Bakı. Samir Məmmədov - Trend:

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar Nardaran hadisələri zamanı həlak olanların meyitlərinin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti