...

Azərbaycanda İİV-ə yeni yoluxma halları daha çox narkomanlar arasında baş verir

Cəmiyyət Materials 1 Dekabr 2015 14:12 (UTC +04:00)
Azərbaycanda İİV infeksiyasına yeni yoluxma halları əsasən inyekson narkotik istifadəçiləri arasında baş verir.
Azərbaycanda İİV-ə yeni yoluxma halları daha çox narkomanlar arasında baş verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda İİV infeksiyasına yeni yoluxma halları əsasən inyekson narkotik istifadəçiləri arasında baş verir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, buna görə də İİV infeksiyasına yoluxmaya görə qeydiyyata alınan insanların yarıdan çoxu məhz inyeksion narkotika istifadəçiləridir: "Əsas məqsədimiz infeksiyanın risk qruplarından kənara çıxmasının, geniş əhali kütləsi arasında yayılmasının qarşısını almaqdır. Demək olar ki, buna nail olmuşuq. Qarşımızda duran əsas vəzifələrdən biri yeni yoluxma hallarının sıfıra endirilməsidir".

N.Zülfüqarovun dediyinə görə, artıq 3-cü dəfədir ki, ölkəmiz "Avropa İİV Testinq" həftəliyinə (20-27 noyabr tarixlərində) qoşulub. Test müayinələri daha çox gənclərin toplaşdığı ali təhsil müəssisələrində və onların işlədikləri zavod və fabriklərdə aparılır. Aksiya çərçivəsində Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Quba, Şamaxı, Tərtər, Bərdə və digər şəhərlərdə testləşmə və maarifləndirmə işi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti