...

BDU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2015 14:44 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
BDU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) "Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin rektoru, akademik Abel Məhərrəmov konfransda iştirak edən xarici qonaqları, professor-müəllim heyətini salamlayaraq Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 20-ci, BMT-nin və YUNESKO-nun yaradılmasının 70-ci, 1950-ci Avropa Konvensiyasının qəbulunun 65-ci, 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin növbəti ildönümünə həsr olunan konfransın əhəmiyyətindən danışıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyanın Avropa ölkələri və dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən rektor, habelə Almaniya ali təhsil ocaqları ilə əlaqələrdən, Vürzburq Universiteti ilə "İkili diplom" layihəsinin uğurla davam etməsindən də bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olundu. Ölkədə bütün qanunvericilik və digər normativ hüquqi aktlar bu əsas qanuna söykənir.

Çıxış edən Vürzburq Universitetinin prorektoru, professor Ekxard Paxe və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ikigünlük konfrans barədə ətraflı danışaraq, keçiriləcək iclaslar, müzakirə olunacaq mövzular barədə məlumat verib.

Sonra konfrans işini bölmələrdə davam etdirib. Ümumilikdə 4 bölmə iclasında keçiriləcək konfransda 35 məruzənin dinlənilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti