...

Sabah Xaqani küçəsinin bir hissəsi bağlı olacaq

Cəmiyyət Materials 1 Dekabr 2015 16:30 (UTC +04:00)
Dekabrın 1-dən etibarən Bakıda Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb.
Sabah Xaqani küçəsinin bir hissəsi bağlı olacaq

Bakı. Trend:

Dekabrın 1-dən etibarən Bakıda Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətində yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi dekabrın 2-də eynilə bir gün müddətinə bağlı qalacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti