...

ABŞ səfirliyi "Maker Space"in açılışını qeyd edir

Cəmiyyət Materials 4 Dekabr 2015 19:34 (UTC +04:00)
ABŞ səfirliyi dekabrın 4-də Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində özünün ilk “Maker Space” (elmi-texniki emalatxana) otağının açılışını qeyd edir.
ABŞ səfirliyi "Maker Space"in açılışını qeyd edir

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi dekabrın 4-də Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində özünün ilk "Maker Space" (elmi-texniki emalatxana) otağının açılışını qeyd edir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "Maker Space" geniş ictimaiyyətə texnologiya, avadanlıq istehsalı və elmi imkanların həyata keçirilməsini təmin edən elmi-texniki laboratoriyadır. Açılışdan sonra bu laboratoriya öz qapılarını məktəb şagirdlərinin, elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə təhsil alan tələbələrin, eləcə də innovasiyaların həyata keçirilməsində maraqlı olan şəxslərin üzünə açacaq.

"Maker Space" əməkdaşları hər həftə 3D printerlərin, 3D skanerlərin istifadəsi, modelləşdirmə, robotların qurulması, "Ardunio" (mikronəzarətçi kartı) və "3D Doodler" qələminin istifadəsinə həsr olunacaq seminarlar təşkil edəcəklər. "Maker Space", eyni zamanda avadanlıq və texnologiyanın istifadəsi üzrə müəllimlər və tərbiyəçilər üçün treninqlərin keçirilməsini planlaşdırır.

"Maker Space" Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində yerləşəcək (R.Behbudov küçəsi, 134, 1-ci mərtəbə).

"Maker Space" tərəfindən həyata keçirilən bütün fəaliyyətlər və proqramlar ödənişsizdir və hər bir kəsə açıqdır. Seminar və tədbirlərdə iştirak etmək üçün Bakı Amerika Mərkəzinin "Feysbuk" səhifəsini izləyin: Baku American Center

Məqalədə:
Xəbər lenti

Xəbər lenti