...

Tbilisidə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2015 19:09 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən Borçalı İrəli İctimai Birliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev - xalqa xidmət yolu" adlı tədbir keçirib.
Tbilisidə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən Borçalı İrəli İctimai Birliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev - xalqa xidmət yolu" adlı tədbir keçirib. Ulu öndərin Tbilisidəki büstünü ziyarətlə başlayan anım gecəsi Tbilisi Beynəlxalq Akademiyasında davam edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov həyatını Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və xalqına həsr etmiş ümummilli liderin fəaliyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Gürcüstan əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi xidmətlərdən bəhs təşkilat rəhbəri bildirib ki, ulu öndərin yürütdüyü uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan və Gürcüstan arasındakı dostluq, eləcə də strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir.

Daha sonra çıxış edən tarix elmləri doktoru, professor David Çitaia da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrinin qurulmasında və möhkəmlənməsində apardığı uğurlu siyasətdən danışıb. Gürcü gəncləri təmsil edən Daçi Çitaia isə bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevlə Eduard Şevardnadzenin dostluq münasibətlərinin mühüm rol oynadığını qeyd edib. O, tədbirdə iştirak edən gürcü və azərbaycanlı gənclərə müraciət edərək iki xalqın dostluğunun möhkəmlənməsinə öz töhfələrini verməyə çağırıb.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva isə ulu öndər Heydər Əliyevin vətəninə və xalqına olan sevgisindən danışaraq, onun hər bir gənc üçün örnək olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfriliyinin birinci katibi Vüsal Məmmədov, QHT rəhbərləri, KİV nümyyəndələri, gürcü və azərbaycanlı gənclər, tələbələr iştirak ediblər.

Sonda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti