...

Gənclər Fondu indiyə qədər gənclərə ayırdığı vəsaitin həcmini açıqladı

Cəmiyyət Materials 22 Dekabr 2015 11:44 (UTC +04:00)
"Gənclər Fondu çalışır ki, regionlardan olan gənclərin layihələrini daha çox dəstəkləsin"
Gənclər Fondu indiyə qədər gənclərə ayırdığı vəsaitin həcmini açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində gənclər tərəfindən təqdim olunan layihələrə 13 581 205 manat vəsait ayırıb. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Fondun fəaliyyəti ilə bağlı məlumat verərkən deyib.

F.Hacıyev bildirib ki, Fond indiyə qədər 7 qrant müsabiqəsi keçirib: "Müsabiqələr zamanı Fonda müxtəlif layihələrlə bağlı 5080 müraciət daxil olub və onlardan 2333-ü müsbət cavab alıb".

Onun sözlərinə görə, Gənclər Fondu fəaliyyət göstərdiyi müddətdə çalışıb ki, gənclərə daha yaxın olsun və onların elm, təhsil, mədəniyyət və digər sahələrə yönələn layihələrini dəstəkləsin, gənclərin ictimai rolunu artırsın: "Gənclər Fondu çalışır ki, regionlardan olan gənclərin layihələrini daha çox dəstəkləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti