...

Azərbaycanda müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı iki varianta baxılır

Cəmiyyət Materials 23 Dekabr 2015 13:43 (UTC +04:00)
Azərbaycanda müəllimlərin attestasiyası ya diaqnostik qiymətləndirmə ölkə üzrə tam başa çatdıqdan sonra, ya da bu proses ölkə üzrə tam başa çatmamış, amma artıq başa çatan yerlərdə mərhələlərlə həyata keçirilə bilər.
Azərbaycanda müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı iki varianta baxılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda müəllimlərin attestasiyası ya diaqnostik qiymətləndirmə ölkə üzrə tam başa çatdıqdan sonra, ya da bu proses ölkə üzrə tam başa çatmamış, amma artıq başa çatan yerlərdə mərhələlərlə həyata keçirilə bilər.

Bunu Trend-ə Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavininin sözlərinə görə, attestasiyanın hələlik bu variantlardan hansı üzrə keçirilməsi ilə bağlı tam yekun qərar verilməyib: "Biz bu barədə müzakirə aparırıq. Attestasiyanın dəqiq tarixlərini indi demək çətindir. Amma bu, birmənalıdır ki, bu proses gec-tez olacaq. Hesab edirik ki, bu, təhsilin keyfiyyəti üçün vacib amildir".

C.Bayramov əlavə edib ki, 2013-cü ildə qəbul olunan "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda və həmin strategiyaya uyğun olaraq, 2015-ci ildə qəbul olunan Fəaliyyət Proqramında müəllimlər üçün tədricən differensiyallaşdırılmış əmək haqqı sisteminə keçidin olması planlaşdırılır: "Biz bu barədə düşünürük. Amma bunu birdən-birə etmək mümkün deyil. Bunun üçün attestasiyanın, sertifikasiyanın keçirilməsi nəzərdə tutulur. Biz bir şeyi də etiraf etməliyik ki, bizim müəllimlər uzun illər ərzində imtahanlardan, diaqnostik qiymətləndirmədən keçməmişdilər. Bununla bağlı ixtisasartırma fəaliyyəti müəllimin ehtiyacını müəyyən mənada nəzərə almırdı. Bu mərhələdən keçmədən birdən-birə tam həcmli attestasiya və sertifikasiyanı keçirmək düzgün olmazdı".

C.Bayramov hesab edir ki, bu səbəbdən də Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsini həmin prosesin birinci mərhələsi kimi qəbul edir.

Nazir müavininin sözlərinə görə, diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyaya daha hazırlıqlı olmasını da təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti