...

Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər

Cəmiyyət Materials 22 Dekabr 2015 17:32 (UTC +04:00)
Ola bilər ki, qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyulsun.
Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər

Bakı. Elçin Mehdiyev - Trend:

"Ola bilər ki, qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyulsun. Ancaq Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və hər hansı dərmanın satışı dayandırılmasın".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, xəstəxanalar dərmanlara olan təlabatlarını ödəmək üçün ilin əvvəlində və ortasında tədarük görüblər: "Ona görə də dövlət xəstəxanalarında heç bir problem yoxdur. Xidmətlərlə bağlı da narahatlıq yoxdur, çünki dövlət xəstəxanalarında bütün xidmətlər pulsuzdur. Özəl tibb müəssisələri isə qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərirlər. Yəni onlar ixracdan asılı iş görmürlər. Yalnız gətirdikləri ləvazimatların qiymətində dəyişiklik olarsa, öz xidmət haqlarına yəqin ki, yenidən baxacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti