...

Əfvlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 24 Dekabr 2015 12:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını artıq yekunlaşdırıb.
Əfvlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını artıq yekunlaşdırmaq üzrədir.

Trend-in məlumatına görə, Komissiyaya daxil olan müraciətlərlə bağlı hazırlanacaq yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq.

x x x

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu tərəfindən 22 nəfərlik siyahı təqdim olunub və yeni təkliflər daxil olub. Bu təkliflər də nəzərə alınandan sonra yaxın günlərdə Komissiya tərəfindən görülən işlərlə bağlı proses yekunlaşdırılacaq.

Bunu Trend-ə açıqlamasında Komissiyanın üzvü, millət vəkili Azay Quliyev bildirib.

Onun sözlərinə görə, Komissiya tərəfindən İşçi Qrupun təkliflərinə baxılıb, araşdırılandan sonra yaxın günlərdə əfvlə bağlı bütün suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda İşçi Qrupa İnsan Haqları ilə bağlı Monitorinq Qrupu tərəfindən 22 nəfərlik şəxsin adı olan siyahı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti