...

Sabah Bakıda qar yağacaq

Cəmiyyət Materials 30 Dekabr 2015 15:17 (UTC +04:00)
Sabah Bakıda qar yağacağı gözlənilir.
Sabah Bakıda qar yağacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Bakıda qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Trend-ə verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın, Bakıda gecə və gündüz 3-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti