...

Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 3 Yanvar 2016 13:46 (UTC +04:00)
Sabah Azərbaycanda hava bu günlə müqayisədə nisbətən mülayimləşəcək
Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək

Bakı. Trend:

Sabah Azərbaycanda hava bu günlə müqayisədə nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gündüz şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-7° isti təşkil edəcək, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti təşkil edəcək.

Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti