...

Vidadi Zeynalov ailəsi ilə görüşmək istəmir

Cəmiyyət Materials 11 Yanvar 2016 16:49 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov vəkili ilə görüşüb.
Vidadi Zeynalov ailəsi ilə görüşmək istəmir

Bakı. Samir Məmmədov - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov vəkili ilə görüşüb. Bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.

Onun sözlərinə görə, V.Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur.

Müvəkkili ilə vaxtaşırı görüşdüyünü deyən M.Əliyev bildirib ki, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində V.Zeynalov ailəsi ilə görüşməyib. Buna səbəb isə onun ailəsi ilə görüşmək istəməməsidir.

Sabiq aparat rəhbəri vəkili ilə görüş zamanı barəsində yayılan məlumatları da təkzib edib. Bildirib ki, onun obyektləri olmayıb, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti