...

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də 20 Yanvar şəhidləri anılıb

Cəmiyyət Materials 19 Yanvar 2016 16:30 (UTC +04:00)
Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanların anım mərasimi və faciə zamanı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həyatını riskə atan dənizçilərə təşəkkür etmək üçün tədbir keçirilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də 20 Yanvar şəhidləri anılıb

Bakı. Samir Əli - Trend:

Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanların anım mərasimi və faciə zamanı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həyatını riskə atan dənizçilərə təşəkkür etmək üçün tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən qurum rəhbəri Taleh Ziyadov 20 Yanvar faciəsi zamanı həlak olanların Azərbaycanın şanlı müstəqillik tarixini öz qanları ilə yazdıqlarını bildirib.

Həmin vaxt informasiya blokadasında olan Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün həyatlarını riskə atan dənizçilər barədə danışan T. Ziyadov onlara bu şücaətlərinə görə təşəkkür edib.

Tədbirdə çıxış edən 20 Yanvar faciəsinin şahidi, gəmi kapitanı Hidayət Atakişiyev faciə haqqında danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti