...

Nazirlik: Şagirdin döyülməsi ilə bağlı məlumatlar araşdırılır (VİDEO)(ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Yanvar 2016 14:21 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Xırdalan şəhərinin 9 saylı orta məktəbində şagirdin döyülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalar aparmağa başlayıb.
Nazirlik: Şagirdin döyülməsi ilə bağlı məlumatlar araşdırılır (VİDEO)(ƏLAVƏ OLUNUB)

İlk xəbər 10:57-də yayımlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi Xırdalan şəhərinin 9 saylı orta məktəbində şagirdin döyülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalar aparmağa başlayıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu məsələ ilə bağlı yayılmış video ilə əlaqədar hazırda araşdırma aparılır: "Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək".

X X X

Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki, faktla əlaqədar məktəbin direktoru, müəllim və şagirdin valideyni TN-yə çağırılıb. Hadisə ilə əlaqədar onların izahatları alınır. A.Nağıyev hadisənin bir necə ay əvvəl - oktyabrda baş verdiyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti