...

Sabah axşama doğru Bakıda qarın yağması tədricən kəsiləcək

Cəmiyyət Materials 25 Yanvar 2016 13:01 (UTC +04:00)
Sabah Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Sabah axşama doğru Bakıda qarın yağması tədricən kəsiləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti