...

Azərbaycanın daha çox qar yağan bölgələri - Qaxda qarın hündürlüyü 64 sm olub

Cəmiyyət Materials 26 Yanvar 2016 11:16 (UTC +04:00)
Ötən gün Bakıya düşən yağıntnın miqdarı 14 mm-dək olub.
Azərbaycanın daha çox qar yağan bölgələri - Qaxda qarın hündürlüyü 64 sm olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün Bakıya düşən yağıntnın miqdarı 14 mm-dək olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 26-sı səhərədək ölkə ərazisində kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan MR-da 4-7 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şəki, Ağdərədə (Ordubad) 45, Qaxbaşda 40, Sinçay, Kişçay (Şəki) 38, Zaqatalada 37, Qəbələdə 36, Oğuzda 32, Balakəndə 31, Altıağacda 26, Kirən, Gədəbəydə 22, Şamaxıda 19, İsmayıllıda 18, Yardımlıda 17, Şahbuzda 16, Xınalıq, Qubada 15, Qubanın dağlıq ərazilərində 35-46, dağətəyi rayonlarında 3-26, Ağsu, Daşkəsəndə 13, Göyçayda 11, Lerik, Ordubadda 10, Rvarudda 8, İmişlidə 7, Şərur, Naxçıvan, Kəlvəz, Göygöldə 6, Mərəzədə 5, Tovuz, Zərdabda 4, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2, Binədə 1, Şabranda 0.3 sm olub.

Şimal-qərb küləyi bəzi yerlərdə güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti