...

Baş epidemioloq: Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur

Cəmiyyət Materials 26 Yanvar 2016 13:12 (UTC +04:00)
Hazırkı dövrdə viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməlidir. Ancaq Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.
Baş epidemioloq: Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırkı dövrdə viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməlidir. Ancaq Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.

Bunu Trend-ə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib: "Problem ondadır ki, maskalardan istifadə edilmir. Bizdə küçəyə maska ilə çıxmağa utanırlar. Bununla bağlı insanlarda stereotip var".

Hazırda ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş epidemioloq qeyd edib ki, ölkədə indiyədək H1N1 virusu qeydə alınmayıb.

Onun sözlərinə görə, hazırda epidemioloji baxımdan ölkə ərazisində insanlar üçün təhlükə yarada biləcək vəziyyət yoxdur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu il dövr edən viruslar arasında mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil edib.

H3N2-nin də mövsümi qriplərdən biri olduğunu deyən İ.Ağayev əlavə edib ki, bütün qrip növlərinin, eləcə də "donuz qripi", "quş qripi"nin əlamətləri eynidir: "Onların sadəcə olaraq, ağırlıq dərəcəsi fərqlənir. Xəstəliyin ağırlıq dərəcəsi də insanın özündən asılı olan bir haldır. Sağlamlığını qoruyan şəxs qripə yoluxmur. Bədbəxtlik ondadır ki, bizim əhalinin 90 faizi özünü müalicə ilə məşğuldur. Əslində, xəstələnən şəxs mütləq təcrid olunmalıdır, amma bizdə olunmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti