...

Deputat: Bu düzəliş aradan qaldırılmasa, ölkədə dərman qıtlığı yarana bilər

Cəmiyyət Materials 28 Yanvar 2016 16:47 (UTC +04:00)
İdxal olunan dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunmaması ölkədə dərman qıtlığı yarada bilər.
Deputat: Bu düzəliş aradan qaldırılmasa, ölkədə dərman qıtlığı yarana bilər

Bakı. Elçin Mehdiyev - Trend:

İdxal olunan dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunmaması ölkədə dərman qıtlığı yarada bilər. Trend-in məlumatına görə, bunu millət vəkili Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zaman deyib.

Deputat bildirib ki, 2000-ci illərin əvvəllərində idxal olunan dərmanlar ƏDV-dən azad edildiyi halda, ötən ilin payızında parlamentdə Vergilər Məcəlləsində düzəlişə uyğun olaraq idxal olunan dərmanlar yenidən ƏDV-yə cəlb edilib.

O, əlavə edib ki, hazırda ölkədə dərman qıtlığı yoxdur: "Amma bu düzəliş aradan qaldırılmazsa, yəni idxal olunan dərmanlar ƏDV-dən azad edilməzsə, ölkədə dərman qıtlığı yarana bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti