...

Musa Quliyev: "Özəl klinikaları indi qorumasaq, sonra əldə edə bilməyəcəyik"

Cəmiyyət Materials 28 Yanvar 2016 17:04 (UTC +04:00)
"Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi ilə bağlı qanunvericiliyə, xüsusilə Vergilər Məcəlləsinə dəyişikliklər edilməlidir".
Musa Quliyev: "Özəl klinikaları indi qorumasaq, sonra əldə edə bilməyəcəyik"

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi ilə bağlı qanunvericiliyə, xüsusilə Vergilər Məcəlləsinə dəyişikliklər edilməlidir". Trend-in məlumatına görə, bunu deputat Musa Quliyev Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zaman deyib.

M.Quliyevin sözlərinə görə, çox təəssüflər olsun ki, bu gün ölkədə özəl klinikalara mənfi - allergik bir münasibət var: "Özəl klinikalar deyəndə, az qala, çoxu bunu soyğunçu kimi başa düşür. Amma əslində belə deyil".

Deputat bildirib ki, özəl klinikalarda çox gözəl tibb mütəxəssisləri, tibbi personal var, onların əməyini yerə vurmaq olmaz: "Əksinə, indiki şəraitdə həmin kilinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə Vergilər Məcəlləsinə dəyişiklik yolu ilə həmin özəl kliniklara dəstək olmalıyıq. Özəl klinikalar kifayət qədər bahalı maddi-texniki bazaya malikdir, əgər onları indi qorumasaq, sonra əldə edə bilməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti