...

Deputat: Görülən işlərin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır

Cəmiyyət Materials 31 Yanvar 2016 16:29 (UTC +04:00)
“Azərbaycanda ictmai-siyasi həyatın bütün sahələrində gənclərin böyük rolu var”.
Deputat: Görülən işlərin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda ictmai-siyasi həyatın bütün sahələrində gənclərin böyük rolu var". Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin gənclərlə görüşünə münasibət bildirərkən deyib.

H.Babaoğlu qeyd edib ki, hələ 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycan Respublikasının dövlət gənclər siyasəti var:

"Gənclərin intellektual potensialının dövlət maraqları istiqamətində səfərbər edilməsi üçün Gənclər və İdman Nazirliyi yaradıldı. İctimai-siyasi həyatın müxtəlif sahələrində ayrı-ayrı institutlaşma səviyyəsində də gənclərin təşkilatlanması həyata keçirilir. Bütün bunların məqsədi Azərbaycanın gələcəyinin təminatçısı olan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların potensialından milli və dövlət maraqları üçün istifadə edilməsidir".

H.Babaoğlu deyib ki, 2 fevralın ayrıca Gənclər Günü kimi elan olunması da məhz dövlət gənclər siyasətinin tərkib hissəsidir:

"Bu münasibətlə cənab Prezident İlham Əliyev bir qrup Azərbaycan gəncləri ilə görüşdü və gənclər təltif olundu. Hesab edirəm ki, bu, gənclərin gələcək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca əhəmiyyətli bir addım idi. Azərbaycan gəncliyi dövlət gənclər siyasətindən qürur duymalıdır və öz güclərini milli maraqarımızın həyata keçirilməsi üçün səfərbər etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti