...

Azad Rəhimov: "Formula 1"in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır

Cəmiyyət Materials 2 Fevral 2016 11:33 (UTC +04:00)
"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.
Azad Rəhimov: "Formula 1"in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.

Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb.

Nazir həmçinin əlavə edib ki, xüsusi bina sifariş olunub: "300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq".

Nazir bildirib ki, "Formula 1"in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Xüsusi bina üçün isə 30 milyon sərf olunacaq".

Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti