...

Könüllülük proqramına müraciət edənlər arasında yarış keçirildi (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2016 12:12 (UTC +04:00)
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) könüllülərlə iş üzrə komandası yanvarın 31-də “2 fevral – Gənclər günü” münasibəti ilə “2016 FORMULA 1 GRAND PRIX OF EUROPE”-nin (Avropa Qran Prisi) Könüllülük proqramına müraciət edənlər arasında “Volunteers Race code” (Könüllülərin Yarış kodu) adlı bilik yarışı keçirdi.
Könüllülük proqramına müraciət edənlər arasında yarış keçirildi (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) könüllülərlə iş üzrə komandası yanvarın 31-də "2 fevral - Gənclər günü" münasibəti ilə "2016 FORMULA 1 GRAND PRIX OF EUROPE"-nin (Avropa Qran Prisi) Könüllülük proqramına müraciət edənlər arasında "Volunteers Race code" (Könüllülərin Yarış kodu) adlı bilik yarışı keçirdi.

BŞH-dan Trend-ə verilən məlumata görə, yarışda Avropa Qran Prisinin Könüllülük proqramına müraciət edən könüllülərdən təşkil olunmuş 11 komanda iştirak etdi. Yarış zamanı iştirakçılara Formula 1 və Bakı haqqında suallar təqdim olundu.

Üç saat davam edən yarışa BŞH-nın mərkəzi ofisində start verildi. Səkkiz mərhələdən ibarət olan yarışda iştirakçılar şəhərin müxtəlif yerlərində, əllərində sual olan zərflərlə onları gözləyən könüllü koordinatorlarına yaxınlaşdılar. Suala düzgün cavab verən yarış iştirakçıları ardıcıllıqla yarışa növbəti mərhələ ilə davam edərək, sonuncu mərhələ üçün mərkəzi ofisə gəldilər.

Burada onlara təqdim olunan suala ən tez və düzgün cavab verən "Volunteer stars" (Könüllü ulduzlar) komandası yarışın qalibi oldu. İkinci yerə isə "Omega" komandası yiyələndi. Qaliblərə hədiyyələri BŞH-nın İşçi Qüvvəsi üzrə meneceri Atif Qənbərov təqdim etdi.

Əməliyyat şirkəti Avropa Qran Prisi yarışına qədər müxtəlif əyləncəli və maraqlı tədbirlər keçirmək niyyətindədir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd yarışa qədər olan müddət ərzində vahid və güclü könüllülər komandası yaratmaqdır.

Qeyd edək ki, iştirakçılar sırasında ilk dəfə könüllülük fəaliyyətinə müraciət edənlər də vardı və yarış onlarda böyük marağa səbəb oldu. Könüllülərin fikrincə, belə tədbirlərin təşkil olunması gənclərin asudə vaxtlarını səmərəli keçirmək baxımından olduqca böyük əhəmiyyətə sahibdir.

Məlumat üçün bildirək ki, Bakı Şəhər Halqasının Könüllülük proqramına qeydiyyat davam edir. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com keçidi vasitəsilə proqrama yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti