...

SOFAZ bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 09:39 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft fondu (SOFAZ) bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır.
SOFAZ bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlət Neft fondu (SOFAZ) bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır. Bunu Trend-ə SOFAZ-dan deyiblər.

Fonddan deyiblər ki, hazırda SOFAZ-ın qızıl ehtiyatları portfelinə 30175 kiloqram qızıl daxildir ki, bu da ümumi aktivlərin təqribən 3,5 faizini təşkil edir: "SOFAZ-ın vəsaitlərinin idarə edilməsi üzrə qaydalara uyğun olaraq ümumi aktivlərdə qızıl ehtiyatlarının payı fondun investisiya portfelinin 5 faizi həddini ötməməlidir".

Strukturdan qeyd ediblər ki, SOFAZ-ın qızıl alışı fondun strateji məqsədlərinə cavab verir.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə olan vəziyyətə görə SOFAZ-ın aktivləri ilin əvvəli (37,1 milyard dollar) ilə müqayisədə 6,38 faiz azalaraq 34,74 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti