...

Millət vəkili “Dünya Turizm Forumu”nda Qarabağla bağlı çağırış etdi

Cəmiyyət Materials 6 Fevral 2016 11:49 (UTC +04:00)
Yüzlərlə tanınmış şirkət rəhbərlərinin, siyasətçilərin, məşhur media qurumları və turizm şirkətlərinin iştirakı ilə keçirilən “Dünya Turizm Forumu”nda millət vəkili Qənirə Paşayeva “Siyasət və Turizm” mövzusunda geniş məruzə ilə çıxış edib.
Millət vəkili “Dünya Turizm Forumu”nda Qarabağla bağlı çağırış etdi

Bakı. Trend:

Yüzlərlə tanınmış şirkət rəhbərlərinin, siyasətçilərin, məşhur media qurumları və turizm şirkətlərinin iştirakı ilə keçirilən "Dünya Turizm Forumu"nda millət vəkili Qənirə Paşayeva "Siyasət və Turizm" mövzusunda geniş məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, turizmin genişlənməsinin iqtisadiyyatla bərabər mədəniyyətlər və dinlərarası dialoqa da öz müsbət töhvələrini verdiyini deyən millət vəkili ksenofobiyanın, radikallığın artdığı, toleranlığın azaldığı bir dünyada turizmin genişlənməsinin bu kimi xoşagəlməz tendensiyaların azalmasına da təsir göstərə biləcəyini deyib. Q.Paşayeva dünyada turizmin genişlənməsinə ən böyük zərbə vuran amillərdən danışıb, bilidirb ki, müharibələr, işğallar turizmə zərbə vuran ən ciddi amillərdəndir: "Mən sizə öz ölkəmdən misal gətirmək istəyirəm. Azərbaycan turizm baxımından çox gözəl bir ölkədir. Amma Azərbaycan müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməyə və Azərbaycan torpaqlarını işğal etməyə başladı. Ermənistan Azərbaycan torpaqlarının 20 fazini işğal etməklə ona çox böyük zərərlər vurdu o cümlədən turizm baxımından. Bizim işğal altındakı torpaqlarınımız turizm baxımından çox gözəl bölgələrdir, amma 20 ildən artıqdır ki, Ermənistan hələ də həmin əraziləri işğaldan azad etməkdən imtina edir. Eyni zamanda bu işğal nəticəsində bütün dünyada o illərdə Azərbaycanın adı müharibə bölgəsi kimi tanınmağa başladı və təbii ki, bu da ölkəmizdə turizmin inkişafına həmin zaman böyük zərbə vurdu. Çünki müharibə olduğu bölgələrə turistlər getməkdə maraqlı deyillər. Çox təssüf ki, son illər müharibə, gərginlik ocaqlarının sayı azalmadı, tam əksinə daha surətlə artdı ki, bu da hamımızı ciddi narahat etməlidir. Ona görə də harada baş verməsindən asılı olmayaraq dünyada sülhün olmasını istəyən hər bir kəs işğallara qarşı öz etiraz səsini ucaltmalıdır".

Millət vəkili turizmə zərbə vuran digər ciddi bir amil olan terrorun bütün dünyada artmasının da böyük narahatlıq doğurmalı olduğunu deyib: "Mən yenə öz ölkəmdən və tədbirin keçirildiyi Türkiyədən misal gətirmək istəyirəm. Azərbaycanda 25 il əvvəl Ermənistan dövlətinin birbaşa dəsətəyi ilə terror hadisələrinin törədilməsi təbii ki, çoxlu sayda insanlarımın həyatını itirməsi ilə yanaşı bir çox sahələrə o cümlədən ölkəmizdə turizmə də özünün ciddi mənfi təsirini göstərmişdi. Bir az öncə Türkiyənin turizm şirkətləri son terror hadisələrinin turizmə nə qədər böyük zərbə vurduğunu açıqladılar. Amma çox təssüf ki, Azərbaycanda Ermənistanın dəstəyi ilə mülkü azərbaycanlılara qarşı terror hadisələri törədiləndə və Türkiyədə terror təşkilatı minlərlə günahsız insanı qətlə yetirəndə dünyadan buna qarşı sərt münasibət görmədik, terrorla mübarizədə bizə ciddi dəstək verilmədi. İndi isə terror surətlə bütün dünyada artır. Terror insanlığa qarşı cinayətdir və harada baş verməsindən asılı olmayaraq ona qarşı mübarizədə birlikdə olmalıyıq. Bu məsələdə ikili standartlar olmamalıdır. Sadəcə turizmin deyil dünyanın və insanlığı gələcəyi üçün artıq bu məsələlərdə bərabər mübarizə aparmalıyıq".

Millət vəkili Azərbaycanla bağlı, turizm potensialı, Azərbaycanda keçiriləcək beynəlxalq yarışlarla bağlı geniş çıxış edib və turizm şirkətlərini, turistləri Azərbaycana dəvət edib. O, bildirib ki, Azərbaycan bu gün turistlər üçün ən təhlükəsiz ölkələrdən biridir və onların gözəl istirahət üçün yüksək səviyyədə hər cür şərait var. Millət vəkili turizm şirkətlərinə bir xəbərdarlıqla da bağlı çıxış edib və çağrış səsləndirib:"Bəzən görürük ki, bəzi turizm şirkətləri təşkil etdikləri sərgilərdə bilərəkdən və ya bilməyərəktən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin ayrıca bir ölkə kimi təmsil olunması kimi böyük bir səhvə yol verirlər. Dünyada "Dağlıq Qarabağ Respublikası" deyilən bir dövlət yoxdur və olmayacaq. O torpaqlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələridir. Bütün dünya ölkələrini və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır. Biz hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və turizm şirkətlərini çağırırıq ki, heç bir zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində təxribatçılara öz tədbirlərində imkan verməsinlər".

Millət vəkili tədbirdə xarici şirkətlərin Azərbaycanla bağlı, ölkəmizin turizm imkanları ilə bağlı suallarını da cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti