...

Azərbaycanda təbii fəlakətdən zərərçəkənlər üçün toxunulmaz qan ehtiyatları artırılacaq

Cəmiyyət Materials 7 Fevral 2016 12:36 (UTC +04:00)
Azərbaycanda təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün toxunulmaz qan ehtiyatları artırılacaq
Azərbaycanda təbii fəlakətdən zərərçəkənlər üçün toxunulmaz qan ehtiyatları artırılacaq

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün toxunulmaz qan ehtiyatları artırılacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən 2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"na daxil edilib.

Proqrama əsasən, qan xidmətinin məlumat portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsi, Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsi işləri aparılacaq.

Qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması məqsədi ilə Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsi təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti