...

AZAL Tbilisiyə uçuş vaxtını dəyişəcək

Cəmiyyət Materials 8 Fevral 2016 13:11 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC bu il martın 1-dən Bakı-Tbilisi istiqaməti üzrə reyslərin uçuş vaxtını dəyişəcək.
AZAL Tbilisiyə uçuş vaxtını dəyişəcək

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Hava Yolları" QSC bu il martın 1-dən Bakı-Tbilisi istiqaməti üzrə reyslərin uçuş vaxtını dəyişəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda Tbilisiyə reyslər hər gün Bakı vaxtı ilə saat 09:30-da həyata keçirilirsə, martın 1-dən uçuş çərşənbə axşamları və bazar günləri saat 14:00-da Tbilisiyə yerli vaxtla saat 15:10-da enişlə həyata keçiriləcək: "Həftənin qalan günləri uçuş saatları dəyişməyəcək".

Reyslərin vaxtının dəyişməsi Tbilisi aerportunun eniş-uçuş zolağındakı tikinti işləri ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti