...

Son gündə müşahidə olunan hava

Cəmiyyət Materials 8 Fevral 2016 13:26 (UTC +04:00)
Fevralın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş hava haqqında məlumat açıqlandı.
Son gündə müşahidə olunan hava

Bakı. Trend:

Fevralın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş hava haqqında məlumat açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi fevralın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Lənkəran-Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi-Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti