...

Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək

Cəmiyyət Materials 8 Fevral 2016 13:49 (UTC +04:00)
Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək.
Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.

Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək.

2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

Təbiət hadisəsi zamanı səmada "gündüz ulduzunun" ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti