...

Komitə sədri: Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır

Cəmiyyət Materials 9 Fevral 2016 14:34 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır.
Komitə sədri: Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır. Trend-in məlumatına görə, bunu Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bu gün keçirilən iclasında bələdiyyələrlə bağlı illik hesabatın müzakirəsi zaman deyib.

A.Rəhimzadə qeyd edib ki, artıq 16 ildir ki, bələdiyyələr yaradılıb və müəyyən problemlərlə üzləşirlər.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Bələdəiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır: "Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan İşçi Qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti