...

Bələdiyyələrin vergi problemi

Cəmiyyət Materials 9 Fevral 2016 14:38 (UTC +04:00)
Bələdiyyə ərazilərində tikilən yeni binalarda mənzillərdən əmlak vergisi yığmaq mümkün deyil.
Bələdiyyələrin vergi problemi

Bakı. Elçin Mehdiyev - Trend:

Bələdiyyə ərazilərində tikilən yeni binalarda mənzillərdən əmlak vergisi yığmaq mümkün deyil. Trend-in məlumatına görə, bu fikir Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə dair illik hesabatın müzakirəsi zamanı səsləndirilib.

Bildirilib ki, yeni binadakı mənzillərin çoxunun əmlak çıxarışı yoxdur. Bina aidiyyəti üzrə təhvil-təslim edilmədiyi üçün mənzillərə çıxarış almaq mümkün deyil. Qeyd olunub ki, hətta bəzi yeni binalarda bir sıra vətəndaşlar mənzilləri üçün çıxarış alsalar da, bəzi vətəndaşlar bu sənədləri əldə etməkdə maraqlı deyillər, çünki çıxarış aldıqdan sonra bələdiyyə onu vergiyə cəlb edəcək.

Vurğulanıb ki, çıxarışı olmayan mənzilləri isə vergiyə cəlb etmək mexanizmi yoxdur. Bununla bağlı qanuna dəyişiklik edilməsi təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti