...

Fevralın 26-da məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Cəmiyyət Materials 10 Fevral 2016 10:05 (UTC +04:00)
Azərbaycanda ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
Fevralın 26-da məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi iilə bağlı təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.

Əmr əsasında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti