...

Borc üstə dostunu bıçaqlayan 10 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 10 Fevral 2016 11:24 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borc üstə tanışını bıçaqlayan Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Borc üstə dostunu bıçaqlayan 10 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borc üstə tanışını bıçaqlayan Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə görə, R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Məhərrəmova R.Mikayılov pulunun olmadığını bildirib. Sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. Mübahisə nəticəsində R.Mikayılov M.Abdullayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmağa cəhd) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti