...

Mərkəzi Elmi Kitabxana həm də "Alimlər evi" olacaq

Cəmiyyət Materials 11 Fevral 2016 15:42 (UTC +04:00)
Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası həm də "Alimlər evi" olacaq.
Mərkəzi Elmi Kitabxana həm də "Alimlər evi" olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası həm də "Alimlər evi" olacaq. Artıq bu barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Akademiyanın prezidenti Akif Əlizadə "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında çıxış edərkən deyib.

A.Əlizadənin sözlərinə görə, bu gün təhsil sistemində elmə maraq oyatmaq olduqca böyük zəhmət tələb edir və bu işin görülməsi zəruridir: "Gələcəkdə bu məsələrin bir qədər də inkişaf etməsi üçün Təhsil Nazirliyi ilə AMEA arasında birgə görüşlər keçirilə bilər. Hazırda məktəblərdə də alimlər görüşlər keçirirlər. Bunlar öz-özlüyündə sabahın alimlərinin yetişməsinə kömək edir".

A.Əlizadə gənc alimlərin sağlam olmasını da vacib sayıb: "Akademiya olaraq, bu gün inkişaf edən gənclərimizi savadlı, həm də sağlam görmək istəyirik. Azərbaycan elminə gələcəkdə sağlam, intellektual gənclər lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti