...

Sabiq müdafiə nazirinin müavininin vəsatəti təmin edildi

Cəmiyyət Materials 12 Fevral 2016 12:37 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sabiq müdafiə nazirinin müavininin vəsatəti təmin edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə

Mehman Səlimovun vəkili vəsatətlə çıxışı zamanı bildirib ki, ittiham aktında yeyinti faktları ilə bağlı anlaşılmamazlıq var: "İttiham aktında Mehman Səlimovun təmir-tikinti işləri ilə bağlı 1 milyon manatdan artıq mənimsəmə göstərilsə də, faktlarda bu məbləğ 800 mindən artıq deyil. Ona görə həmin faktlarla bağlı riyazi rəqəmləri hazırlayıb məhkəməyə təqdim etməliyik. Bu iş uzun bir müddət vaxt tələb edir. Ona görə də məhkəmədən iki həftə vaxt istəyirəm".

Hakim bu vəsatəti təmin edərək, növbəti məhkəmə prosesini fevralın 26-na təyin etdi.

Qeyd edək ki, M.Səlimov 2014-cü ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib.

M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti