...

Sabah yağmurlu hava olacaq

Cəmiyyət Materials 12 Fevral 2016 12:30 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir.
Sabah yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında temperaturun iqlim normasına yaxınlaşması, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti